Finlandiyada koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Nazirlər Kabinetinin Mətbuat Xidməti açıqlayıb.
Bildirilib ki, iyunun 16-dan etibarən fövqəladə vəziyyət haqqında qanun qüvvədən düşür.
Skandinaviya ölkəsində fövqəladə vəziyyət haqqında qanun martın 16-da qüvvəyə minmişdi.
Qeyd edək ki, Finlandiyada indiyədək 7 108 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 6 200 nəfər sağalsa da, 326 nəfər ölüb.