"Azərbaycan Hava Yolları" QSC (AZAL) Türkiyə Respublikasına səyahət edən sərnişinlərə müraciət edib. Müraciətdə deyilir:
"Türkiyə Respublikasına giriş qaydalarına əsasən, Azərbaycan vətəndaşlarının (körpələr və uşaqlar da daxil olmaqla) ümumvətəndaş pasportu ölkəyə giriş günündən etibarən ən az 180 gün ərzində etibarlı olmalıdır. Xüsusi reyslərimiz ilə İstanbul şəhərinə səyahət edərkən, pasportunuzun müddətini bir daha yoxlamağı tövsiyə edirik".