“İxtisas seçimi ilə bağlı çox suallar verilir, ayrı ayrılıqda cavablamaq fiziki olaraq mümkün deyil. Başa düşüləndir, sabahdan Dövlət İmtahan Mərkəzi (DİM) ixtisas seçiminə start verir. Valideynlər və abituriyentlər arasında bu mərhələ üçün o qədər ciddi təlaş yaranıb ki, hər kəs bu ən məsuliyyət tələb edən bu mərhələdə səhv etməkdən qorxur. Əslində burda narahat olacaq və qorxacaq heç nə yoxdur”.
Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı, iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
E.Əmirov bildirib ki, düzgün ixtisas seçimi üçün bir necə yanaşma var:
“Mən ümumi olaraq bunun ən sadə və rahat üsulunu göstərmək istərdim. Bu prosesləri ardıcıllıqla yerinə yetirmək kifayət edər ki ciddi yanlışlığa yol verilməsin. Abituriyent jurnalının yeni 4-cü nömrəsini götürüb oradan abituriyentin arzu etdiyi ixtisasları səliqə ilə bir A4 vərəqinə yazın. (Şəxsi balı nəzərə almadan). Ötən ilin keçid ballarının əks olunduğu jurnalı açıb, həmin A4 vərəqində sevib yazdığınız ixtisasların hər birinin qarşısına o jurnaldakı keçid ballarını yazın. Daha sonra balların azalan sıra ilə düzülməsi üçün həmin sevdiyiniz ixtisasları ballarına uyğun yeni vərəqdə sıralayın. İlk iki ardıcıllığı etdikdən sonra əlinizdəki A4 vərəqində arzuladığınız yeni ixtisaslar və onların qarşısında isə ötən ilin azalan sıra ilə keçid balları yazılmış bir siyahı olacaq. Yalnız bundan sonra həmin siyahıda oz balınıza ən yaxın balı olan ixtisasın altından xətt çəkin. Məsələn, sizin topladığınız bal 390 baldır. Həmin siyahıdakı keçid balları içərisində buna ən yaxın olan keçid balı 397 olan Fizika müəllimliyidir. Siz bu “Fizika muəlimliliyi – 395” yazdığınız ixtisasın altından xətt çəkin. Bu sizin sevdiyin ixtisaslar içərisində qəbul olma ehtimalı daha çox olan ixtisas olacaq. Amma Siz ixtisas seçim ərizəsini doldurarkən həmin altından xətt çəkdiyiniz ixtisasdan başlayaraq yazmırsız. İLK yazdığınız ixtisas tərtib etdiyiniz siyahıda topladığınız baldan 50, hətta 70 bal yüksək olan ixtisasdan başlamalıdır. Ardınca isə ondan aşağıda sıraladığınız ixtisasları yazırsız. Məsələn, 390 bal toplamış həmin abuturiyent əlindəki A4 vərəqində ballar arasında 450 baldan başlaya bilər. Sonra 440, 430, 420, 400, 395 (fizika müəllimliyi), 380, 370, 350 və s. azalan ardıcıllıqla ixtisasları seçib yazmalıdır”.
Ekspert bir necə məqamlara da toxunub:
“Öz balından 50-70 bal yuxarı yazılma səbəbi hər ehtimala qarşı atılmış addımdı. Bu zaman abituriyent heç nə itirmir, amma keçid ballarında qəfil enmələr olsa, o öz şansını dəyərləndirmiş olacaq. Buna görə də bu fürsəti qaçırmaq olmaz. Mütləq ötən ilin keçid ballarına baxaraq balları azalan sıra ilə düzülməlidir. Az bal tələb edən ixtisasın əvvəldə yazılması ondan sonra yazılmış bütün yüksək balların seçilmə şansını sıfır edir. 15 ixtisasın hər birini seçın və sonuncu 3 ixtisas elə ixtisas olsun ki, onun ötən ilki keçid balı sızın balınızdan 80-100 aşağı olsun. Bu balların yüksələcəyi təqdirdə özünüzü sığortlamaq üçün mütləq lazımdır. Məsələn, 390 toplamış abuturiyent son 3 ixtisası keçid balı 300-310 arası ixtisaslardan da seçərək özünü sığortalamalıdır Bütün abuturiyentlərimizə uğurlar arzulayıram!”.