|
|
|
|

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101183S dövlət qeydiyyat nömrəli, 200 mln. manat həcmində, 28 gün tədavül müddətli, qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 15 investor tərəfindən qiymət 99,5158 manat (6,26 faiz) olan 26 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 806 906 000 manat olub.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5158 manat (6,26 faiz), orta ölçülmüş qiyməti 99,5158 manat (6,26 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. manat təşkil edib.
Notların ödəmə tarixi 7 oktyabr 2020-ci ildir.



