https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
search
3 İyul 2026
2 İyul 2026

“Lokomotiv”in çox oyunçusunu “Qəbələ”də görmək istərdim”

“Lokomotiv”in çox oyunçusunu “Qəbələ”də görmək istərdim”

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Rusiyanın “RBK-Sport” saytına müsahibə verib. Qol.Az-ın xəbərinə görə, təcrübəli mütəxəssis Marat İzmaylovun komandasına transferindən və digər məsələlər haqda danışıb. Müsahibəni ixtisarla təqdim edirik.


- Marat “Qəbələ”də nə kimi işlər görəcək?

- O, digər futbolçular kimi, üzərinə düşən işi icra edəcək. Birinci növbətə İzmaylov yaxşı oynamalıdır Konkret olaraq, dəqiq ötürmələr verməli və bombardirlik keyfiyyətlərini nümayiş etdirməlidir.

- O, “Portu”dakı həyatı haqda nəsə danışıb?

- Bu haqda onun özü ilə söhbət etsəz, yaxşı olar. Amma düşünürəm ki, Marat belə bir komandada oynamaqda şad olub və ümid edir ki, bizdə icarə müddəti bitdikdən sonra yenidən Portuqaliyaya dönəcək.

- “Qəbələ”də futbolçuların mentalitetində nə kimi fərqlər var?

- Digər komandalarda olduğu kimi, burada da yerli və xarici futbolçular çıxış edir və dediyiniz fərq yoxdur. Hər bir oyunçu fərdi keyfiyyətlərə malikdir. Hamı yaxşı nəticə istəyir, bunun üçün isə futbolçuların matçlara lazımınca köklənməsi vacibdir. Onların arasında qarşılıqlı inam yaratmaq mənim vəzifəmdir. Başqa bir məsələ şəxsi həyatla iş prosesini ayırmaqdır. Meydanda sərt intizam olmalı, verilən tapşırığı yerinə yetirməlisən. Həyatda isə istənilən səhvi buraxmaq olar.

- Keçmiş komandanız “Lokomotiv”dən kimləri “Qəbələ”də görmək istərdiniz?

- Belə oyunçular çoxdur. Amma “Lokomotiv” “Qəbələ”dən güclüdür. Baxmayaraq ki, nə vaxtsa Moskva təmsilçisi birinci liqada oynayıb.

- “Qəbələ”nin bu mövsüm minimum vəzifəsi nədən ibarətdir?

- Klub rəhbərliyi qarşımıza avrokuboklara düşmək vəzifəsi qoyub. Hələlik bu işin öhdəsindən gəlirik. Sonrasına baxarıq. 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.