https://525.az/img/pics/medium/2026-07/398622_2l1w2sfps1.jpg Mədəniyyət naziri Xalq yazıçısı Anarla görüşüb
https://525.az/img/pics/medium/2026-07/398555_79qavm53rb.jpg Almaniyanın Cənubi Qafqaz siyasətində Azərbaycan amili
https://525.az/img/pics/medium/2026-07/398525_d06rqmj7qg.jpeg Həyat Şəminin darıxmağı... - ayrılıq, həsrət və ...
https://525.az/img/pics/medium/2026-07/398511_ic71vukndj.jpg Xəzər dənizində zəlzələ olub
search
27 İyul 2026

AFFA-dan rəsmi etiraz

AFFA-dan rəsmi etiraz

AFFA 2014-cü il iyunun 1-dən 8-dək İsveçdə Tanınmamış Futbol Assosiasiyaları Konfederasiyası (ConİFA) tərəfindən tanınmamış dövlətlər arasında 1-ci dünya çempionatında seperatçı Dağlıq Qarabağ rejiminin komandasının iştirak edəcəyinə etiraz edib.

525.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumaya görə, bununla əlaqədar Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Tanınmamış Futbol Assosiasiyaları Konfederasiyasına məktubla müraciət edərək qondarma Dağlıq Qarabağ respublikasının Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan torpaqlarında elan olunduğunu, bu respublikanın heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmadığını qeyd edib, tanınmamış dövlətlər arasında 1-ci dünya çempionatında zəbt olunmuş Azərbaycan ərazilərini təmsil edən komandanın iştirakını qəti şəkildə pisləyib və buna kəskin narazılığını bildirib.

Qeyd edək ki, turnirin İsveçdə keçirilməsi nəzərdə tutulduğu üçün məsələ ilə bağlı  İsveç Futbol Federasiyasına və FIFA-ya məktub göndərilib

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.