Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu orta ixtisas təhsili müəssisələrində dərslərin əyani, yoxsa distant formada keçiriləcəyi məsələsini şərh edib.
525.az-ın məlumatına görə, şöbə müdiri jurnalistlərə açıqlamasında bildirib ki, Təhsil Nazirliyinin bugünkü qərarı yalnız ümumtəhsil müəssisələrinə aiddir:
“Kolleclər əyani tədrisə keçməyib və dərslər distant formada keçirilir”.