Mənəvi Dəyərlərin Təbliği Fondu 8 noyabr – Zəfər Günü münasibətilə ölkəmizdə fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri (İslam və qeyri-islam) arasında “Din-milli birliyimizin təminatçısı kimi” adlı müsabiqə elan edib.
Fonddan 525.az-a verilən məlumata görə, müsabiqəyə təqdim olunan materiallar məqalə, şeir, hekayə kateqoriyalar və istiqamətlər üzrə qəbul ediləcək.
İsiqamətlər:
1. Vətən Müharibəsində dini-mənəvi dəyərlərin rolu
2. Azərbaycanda məzhəblərarası qardaşlıq
3. Dinlərarası münasibətlərdə Azərbaycan ənənəsi
4. Dini həmrəyliyə təsirlər və təhdidlər
5. Dünyəvi dövlətdə dini icmaların fəaliyyəti
Müsabiqənin şərtlərinə görə, Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs yalnız bir kateqoriya və bir istiqamət üzrə material təqdim edə bilər. Müsabiqəyə təqdim edilən material müəllifin özünə məxsus olmalı, plagiat xarakteri daşımamalıdır.
Məlumatda bildirilib ki, müsabiqədə iştirak etmək istəyən şəxslər hazırladıqları materialları Mənəvi Dəyərlərin Təbliği Fonduna aşağıdakı formalardan birini seçməklə təqdim edə bilər:
[email protected] elektron poçt ünvanına göndərməklə. Elektron daşıyıcıda (disk, fləşkart) birbaşa və ya poçt vasitəsilə. Müsabiqə materialları Fonda təqdim olunan zaman aşağıdakı məlumatlar mütləq qeyd edilməlidir- Ad, soyad, ata adı, əlaqə nömrəsi,vəzifəsi göstərilməklə din xadimi kimi fəaliyyət göstərdiyi ibadət yerinin adı, sədri olduğu dini icmanın adı.
Müsabiqə qaliblərinə
I yer (bir nəfər)- 800 AZN
II yer (iki nəfər)- 600 AZN
III yer (üç nəfər)- 400 AZN
Hər biri 150 AZN olmaqla 5 həvələndirici mükafat təqdim ediləcək.
Müsabiqə üçün son müraciət tarixi 2 noyabrdır.