Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən beynəlxalq konfransda “Göbələk mənşəli bioloji aktiv maddələr və onların Azərbaycanda istifadə perspektivləri” mövzusunda plenar məruzə ilə çıxış edib.
Bu barədə 525.az-a UNEC-dən məlumat verilib.
Bildirilib ki, Pənah Muradov göbələklərin bu gün dünyada qida, yem və tibbi təyinatlı bioloji aktiv maddələrin alınmasında perspektivli mənbə olması, dünya praktikasında bu məqsədlə istifadə edilən göbələklərin Azərbaycanda da yayılması ilə bağlı məlumatı iştirakçıların nəzərinə çatdırıb. O, Mikrobiologiya İnstitutunda son 30 ildə aparılan tədqiqatlar nəticəsində Azərbaycanda göbələk mənşəli bioloji aktiv maddələrin istehsalının təşkil edilməsi üçün lazım olan elmi və praktiki əsasların hazırlanmasını əldə edilən nəticələr və beynəlxalq səviyyəli jurnallarda dərc edilən məqalələrlə əsaslandırıb.
Sevinc Qarayeva