“Daily beast” İnternet-saytı bildirib ki, Rusiya İraqa döyüş təyyarələrinin tədarükünü davam etdirmək niyyətindədir.
Lent.az-ın “nyusru” -ya istinadən məlumatına görə, təlimatçı adı ilə İraqda işləyən rusiyalı hərbi təyyarəçilər “İraq Şam İslam Dövləti” yaraqlılarına qarşı döyüşlərdə iştirak edirlər.
Mənbə xatırladıb ki, əvvəlcə, rusiyalı hərbçilərin Bağdadda 12 ədəd “Su-25” təyyarəsi apararaq, iraqlıları təlimatlandırdıqları barədə xəbər yayılmışdı. İraq Hərbi Hava qüvvələrinin komandanı general Ənvər Əminə əsaslanaraq, “Nyu-York tayms” bildirib ki, rusiyalı təlimatçılar bir neçə gün İraqda qalacaq.
Məlumatda bildirilib ki, bu bəyanat İraqa verilən qırıcıların sayını və tipini müəyyənləşdirməyə əsas verir. Öncə, “Su-25”-lə bağlı təlimatın veriləcəyi deyilirdi. Həmin xəbərə görə, Rusiya İraqa əvvəllər istismarda olan 5-10 qırıcı satmaq niyyətində imiş.