https://525.az/img/pics/medium/2026-07/398622_2l1w2sfps1.jpg Mədəniyyət naziri Xalq yazıçısı Anarla görüşüb
https://525.az/img/pics/medium/2026-07/398555_79qavm53rb.jpg Almaniyanın Cənubi Qafqaz siyasətində Azərbaycan amili
https://525.az/img/pics/medium/2026-07/398525_d06rqmj7qg.jpeg Həyat Şəminin darıxmağı... - ayrılıq, həsrət və ...
https://525.az/img/pics/medium/2026-07/398511_ic71vukndj.jpg Xəzər dənizində zəlzələ olub
search
27 İyul 2026

Braziliyada DÇ-2014-ü işıqlandıran xanım jurnalist öldü

Braziliyada DÇ-2014-ü işıqlandıran xanım jurnalist öldü

Argentina millisinin "DÇ-2014"dəki çıxışını işıqlandıran xanım jurnalist - Mariya Soledad Fernandes avtomobil qəzasında dünyasını dəyişib.

Qol.Az-ın "L'Equipe"yə istinadən verdiyi məlumata görə, 26 yaşlı argentinalı müxbir Sao Paulo şəhərinə qayıdarkən komandanın təlim-məşq bazasından 150 km məsafədə qəzaya uğrayıb.

Mariya Fernandes aldığı zərbədən elə yerindəcə keçinib. Avtomobildə olan digər iki nəfər isə zədə almalarına baxmayaraq sağ qalıblar.

Bu faciə ilə əlaqədar Argentina millisinin bu günə nəzərdə tutulan mətbuat konfransı təxirə salınıb.

Hadisə ilə bağlı danışan Argentina yığmasının nümayəndə heyətinin rəhbəri Xuan Karlos Krespi bunları deyib: "Futbolçularla danışdım. 1/4 final sevincindən sonra komandada hər kər məyus olub. Çünki onun atası Miqel Fernandeslə yaxından tanışıq. O, bizim futbol üçün önəmli şəxslərdən biridir. Hadisə ilə bağlı ona başsağlığı veririk".

Qeyd edək ki, Mariya Fernandes Argentinanın tanınmış jurnalistlərindən olan Miqel Fernandesin qızıdır.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.