https://525.az/img/pics/medium/2026-07/398622_2l1w2sfps1.jpg Mədəniyyət naziri Xalq yazıçısı Anarla görüşüb
https://525.az/img/pics/medium/2026-07/398555_79qavm53rb.jpg Almaniyanın Cənubi Qafqaz siyasətində Azərbaycan amili
https://525.az/img/pics/medium/2026-07/398525_d06rqmj7qg.jpeg Həyat Şəminin darıxmağı... - ayrılıq, həsrət və ...
https://525.az/img/pics/medium/2026-07/398511_ic71vukndj.jpg Xəzər dənizində zəlzələ olub
search
27 İyul 2026

Neymar DÇ-2014-ün finalında oynaya bilər

Neymar DÇ-2014-ün finalında oynaya bilər

DÇ-2014-ün 1/4 finalında Kolumbiya ilə oyunda onurğa sümüyündən ciddi zədən alan Braziliya millisinin futbolçusu Neymar üçün mundialın başa çatdığı bildirilib. Lakin istedadlı hücumçu komandası finala çıxacağı təqdirdə  keyidici iynə vasitəsi ilə meydana çıxa bilər.

Qol.Az-ın məlumatına görə,  futbolçunu xəstəxanada ziyarət edən milli komandanın həkimləri belə qənatə gəliblər ki, Neymar final oyununda ağrıkəsici iynədən istifadə etməklə meydana çıxa bilər.

Ancaq bu üsulla oynamaq “Barselona”lı futbolçunun sağlamlığı üçün təhlükəlidir. Bununla belə Neymar və onun ailəsi həkimlərin təklifi ilə razı olduqlarını bildiriblər.

Qeyd edək ki, Braziliya finala çıxmaq üçün yarımfinalda Almaniyanı məğlub etməlidir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.