https://525.az/img/pics/medium/2026-07/398622_2l1w2sfps1.jpg Mədəniyyət naziri Xalq yazıçısı Anarla görüşüb
https://525.az/img/pics/medium/2026-07/398555_79qavm53rb.jpg Almaniyanın Cənubi Qafqaz siyasətində Azərbaycan amili
https://525.az/img/pics/medium/2026-07/398525_d06rqmj7qg.jpeg Həyat Şəminin darıxmağı... - ayrılıq, həsrət və ...
https://525.az/img/pics/medium/2026-07/398511_ic71vukndj.jpg Xəzər dənizində zəlzələ olub
search
27 İyul 2026

Əfsanəvi futbolçu vəfat etdi

Əfsanəvi futbolçu vəfat etdi

“Real”ın (Madrid) əfsanəvi futbolçusu olmuş Alfredo di Stefano 88 yaşında vəfat edib.

525.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, ötən gün infarkt keçirən və süni komada olan di Stefanonun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, di Stefano futbolçu karyerasına 17 yaşında "River Pleyt" klubunda başlayıb. Argentina klubu ilə 6 dəfə ölkə çempionu olan əfsanəvi oyunçu 1953-ci ildə "Real"a transfer olunub.  O, 1953-1964-cü illərdə şərəfini qoruduğu Madrid klubunda 208 qol vurub.

1957 və 1959-cü illərdə "Qızıl top" mükafatına layiq görülən di Stefano 40 yaşında futbolçu karyerasını başa vurub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.