
Bu gün Braziliyada təşkil olunan dünya çempionatında yarımfinal mərhələsinin oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə bir matç baş tutub.
Finala çıxmaq uğrunda ilk olaraq Cənubi Amerika təmsilçisi Braziliya və Avropa təmsilçisi Almaniya qarşılaşıb.
Oyunda heç kimin gözləmədiyi bir hesab qeydə alınıb. Rəqibini 7:1 hesabı ilə darmadağın edən almanlar finala vəsiqə qazanıb. Braziliya millisi isə iyulun 12-də üçüncü yer uğrunda oynayacaq.
Qeyd edək ki, digər yarımfinal görüşü çərçivəsində sabah Hollandiya - Argentina yığmaları üz-üzə gələcək.
8 iyul
"DÇ-2014", yarımfinal mərhələsi
01:00. Braziliya - Almaniya - 1:7
Qollar: Müller, 11 (0:1), Kloze,23 (0:2), Kros, 24 (0:3), 26 (0:4), Xedira, 29 (0:5), Şürle, 69 (0:6), 78 (0:7), Oskar, 90 (1:7)
Baş hakim: Marko Rodriqes (Meksika)
"Estadio Mineyrao". Belo Horizonte
9 iyul
01:00. Hollandiya - Argentina
Baş hakim: Cüneyt Çakır (Türkiyə)



