https://525.az/img/pics/medium/2026-07/396230_sku3n85fmd.jpg Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət
https://525.az/img/pics/medium/2026-07/396219_0m8611e22h.jpg “525-ci qəzet”in 3 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
search
3 İyul 2026
2 İyul 2026

Messi: "Argentinanın mənsiz heç olması fikri ilə razı deyiləm"

Messi: "Argentinanın mənsiz heç olması fikri ilə razı deyiləm"

Argentina millisinin hücumçusu Lionel Messi maraqlı fikirləri ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, "goal.com"a danışan Messi yığmasının onsuz bir heç olması fikri ilə razılaşmadığını bildirib:

"Argentina millisinin mənsiz bir heç olması fikri ilə razı deyiləm. Futbol komanda oyunudur. Buna görə kimki belə danışır, o söhbətin nədən getdiyini anlamır. Bəli, mən komanda üçün vacib bir neçə qol vurdum. Ancaq mənimlə bərabər, digər 10 futbolçu da var. Onlar da nəticə qazanmağımıza kömək oldular".

"DÇ-2014"ün yarımfinalında bu gecə qarşılaşacaqları Hollandiya ilə oyuna toxunan Messi zədəli komanda yoldaşı Anxel di Mariyanın bu görüşdə yerinin görünəcəyini bildirib: "Hollandiya ardıcıl ikinci dəfə mundialın yarımfinalına vəsiqə qazanır. Onlar məqsədlərinə nail olmaq üçün oyunlarını bir qədər də yaxşılaşdırmağa çalışacaqlar. Onlara xüsusi diqqət yetirməliyik. Hər iki komanda finala çıxmağa layiqdir.

Argentinada Anxel di Mariyanın yeri görünəcək. O, burada çox yaxşı oynadı. Di Mariyanın yarımfinalda oynamayacağı dəqiqləşəndə, bu, bizim üçün şok oldu".

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.