|
|
|
|
Dünən Səhiyyə Nazirliyi Azərbaycanın böyük tibb müəssisələrindən biri olan Bakı Sağlamlıq Mərkəzində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün "Açıq qapı" günü keçirib.
Bir neçə ay əvvəl ölkə başçısının açılışını etdiyi Bakı Sağlamlıq Mərkəzi əhaliyə müraciət edib.
Bakı Sağlamlıq Mərkəzinin direktoru Tərlan Qədirov jurnalistlərə mərkəz barədə məlumat verib. O qeyd edib ki, əvvəllər bu ərazidə onkoloji dispanser yerləşib. 2011- ci ilə həmin dispanser sökülərək yerində BSM-nin təməli qoyulub. 2014- cü ilin yanvarın 7-də prezident tərəfindən mərkəzin açılış mərasimi olub. Martın 17-dən mərkəz fəaliyyətə başlayıb. Xəstəxana 550 çarpayılıqdır.
Bakı Sağlamlıq Mərkəzində bu günə kimi 15-20% qeysəriyyə əməliyyatı ilə doğuş edilib. Bunu jurnalistlərə Bakı Sağlamlıq Mərkəzinin doğum şöbəsinin müdiri Rəşad Sultan deyib. Onun sözlərinə görə, xəstələr arasında təbii yolla doğuşa üstünlük verənlərin sayı daha çoxdur. "Bir- iki il əvvəl qeysəriyyə yolu ilə doğuşa maraq daha çox idi. Amma indi bunun azaldığını müşahidə edirik. Qeysəriyyə əməliyyatının azalmasına səbəb praflaktiki maarifləndirmə tədbirlərinin həyat keçirilməsinin rolu böyükdür. Onun sözlərinə görə, çox vaxt analar təbbi yolla doğuş eləməkdən qorxurlar. Xəstə qorxusunu da göstəriş hesab etmək olar. Xəstədə ciddi fobiya varsa, onda qeysəriyyə eləmək münkündür. Bizdə qeysəriyyə əməliyyatı 15-20%-dir. Xəstəxana açılandan 42 nəfər təbii 7 nəfər isə qeysəriyə əməliyyatı ilə doğuş ediblər. Bu da o deməkdir ki, olan doğuşların 5/1 qeysəriyyə əməliyyatı yolu ilə olub. Fizioloji doğuş 12-16 saat, təkrar doğuşdan isə 6-7 saat çəkir.
Sonra jurnalistlər Bakı Sağlamlıq Mərkəzində yaradılan şəraitlə tanış olublar.
Vəfa MƏMMƏDLİ



