Facebook sosial şəbəkəsinin geniş əhatəli səhifələrindən olan 119 minlik “Azerbaycan Universitetləri”ndə ilin ən yaxşı rektoru sorğusu başa çatıb.
525.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, sorğunun ilkin mərhələsində 48 rektordan 10 rektor müəyyən olunub və sorğuda ilk yeri Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tutub.
Sonradan sorğunun ikinci mərhləsinə start verilib. 10-luqdakı rektorlar arasında yarış başlayıb və nəhayət 2013/2014 mövsümünün Facebook sosial şəbəkəsində "tələbələr arasında adı ən çox hallanan ən fəal və ən yaxşı rektor" sosial sorğusunda Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov qalib gəlib.
Səs vermədə yalnız real profillərdən gələn səslər hesaba alınıb və 1 nəfərdən yalnız 1 şərh qaydası ilə hesablanıb.
Bu gün “Azərbaycan Universitetleri” səifəsinin rəhbəri Zöhrab Suleyman Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmova "Ən fəal və ən yaxşı rektor" mükafatını təqdim edib.