https://525.az/img/pics/medium/2026-07/398622_2l1w2sfps1.jpg Mədəniyyət naziri Xalq yazıçısı Anarla görüşüb
https://525.az/img/pics/medium/2026-07/398555_79qavm53rb.jpg Almaniyanın Cənubi Qafqaz siyasətində Azərbaycan amili
https://525.az/img/pics/medium/2026-07/398525_d06rqmj7qg.jpeg Həyat Şəminin darıxmağı... - ayrılıq, həsrət və ...
https://525.az/img/pics/medium/2026-07/398511_ic71vukndj.jpg Xəzər dənizində zəlzələ olub
search
28 İyul 2026
27 İyul 2026

Mourinyo Braziliya millisini çalışdırmaqdan imtina etdi

Mourinyo Braziliya millisini çalışdırmaqdan imtina etdi

"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo Braziliya Futbol Federasiyasından milli komandanı çalışdırması ilə bağlı təklif alıb.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis bu təklifi rədd edib.

Mourinyonun 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına qədər bu təklifi yenidən nəzərdən keçirəcəyi də istisna edilmir. 51 yaşlı mütəxəssisin Braziliya yığmasını çalışdırmaqdan imtina etməsi onun "Çelsi"ylə yüksək nəticələr qazanmaq istəyi ilə izah olunur.

Qeyd edək ki, Braziliya millisinin hazırki baş məşqçisi Luis Felipe Skolarinin "DÇ-2014"ün üçüncü yer uğrunda Hollandiya ilə bu gecə keçiriləcək görüşdən sonra istefaya göndəriləcəyi gözlənilir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.