8 avqust 1967-ci ildə Cənub-Şərqi Asiyada on üzv dövlət arasında əməkdaşlıq və inteqrasiyanı təbliğ edən regional hökumətlərarası təşkilat olan Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) yaradılmasının 56-cı ildönümü münasibətilə, Malayziya səfirliyində İndoneziyanın Azərbaycandakı səfirliyi ilə birgə “ASEAN” Günü münasibətilə tədbir keçirilib.
525.az xəbər verir ki, bu il Azərbaycanda “ASEAN” Gününün qeyd edilməsi ASEAN himninin - “The ASEAN Way” oxunması və təşkilatın bayrağının qaldırılması ilə başlanıb. Daha sonra tədbirdə Malayziyanın Bakıdakı səfirliyinin Müvəqqəti işlər vəkili xanım Mardiana Mohamed Rohani və İndoneziyanın səfiri Hildi Hamid çıxış edib.
Diplomatlar çıxışlarında qeyd ediblər ki, ötən 56 il ərzində bir çox problem və risklərə baxmayaraq, “ASEAN” ideya və təcrübələri bölüşmək, həmrəyliyimizi qorumaq və birgə işləmək öhdəliyimiz sayəsində xalqların bir çox istəklərini həyata keçirib. ASEAN indi canlı və getdikcə inteqrasiya olunan iqtisadi regiona və daha güclü sosial-mədəni icmaya çevrilib.
Bu il İndoneziyanın "ASEAN Məsələləri: Artımın Episentri" mövzusunda sədrliyi ilə ASEAN regionda və regiondan kənarda sülh, sabitlik və rifahın hərəkətverici qüvvəsi kimi mərkəzi rol oynamağa can atır. ASEAN Məsələləri özü üç (3) mühüm elementdən ibarətdir; ASEAN potensialının və effektivliyinin gücləndirilməsi, ASEAN birliyi və ASEAN-ın mərkəziliyi. Bu mövzu ASEAN-ın pandemiyadan sonrakı dövrdə daim böyüyən, inklüziv və dayanıqlı region olmaq əzmini özündə əks etdirir.
Təxminən 670 milyon insanın ÜDM-sinin təqribən 3,3 trilyon ABŞ dolları (2023) olması ilə, Çin və Hindistandan sonra Asiyada üçüncü ən böyük region hesab edilən “ASEAN” həm də dünyanın ən dinamik regionlarından biridir. Analitiklər hesab edirlər ki, 2030-cu ilə qədər ASEAN regionu ÜDM-in 10 trilyon ABŞ dollarına yüksəlməsi ilə dünyanın dördüncü ən böyük vahid bazarı ola bilər.
Qeyd olunub ki, ASEAN iqtisadiyyatının bu il 4,7 faiz, 2024-cü ildə isə 5,0 faiz böyüməsi gözlənilir ki, bu da güclü daxili istehlak, xalis ixrac və sürətləndirilmiş xidmətlər hesabına həyata keçirilir. Çətin makroiqtisadi mühitə baxmayaraq, güclü təməllərə malik olan region birbaşa xarici investisiyalar və ticarət üçün cəlbedici məkan olaraq qalır.
Malayziya və İndoneziya Respublikası səfirlikləri Bakıda yerləşən yeganə “ASEAN” təşkilatına üzv ölkələr olmaqla, Azərbaycan Respublikası və ASEAN regionu arasında potensial əməkdaşlığı araşdırmaq, eləcə də qarşılıqlı maraqların müxtəlif sahələrində mübadilələrinə təşviq etmək öhdəliyinə sadiq qalır. Azərbaycan, həmçinin 2022-ci ilin noyabrında ASEAN Parlamentlərarası Assambleyasına (AIPA) müşahidəçi üzv kimi qəbul edildikdən sonra ASEAN ilə əməkdaşlığı genişləndirib.
Pərvanə