|
|
|
|
Cəlilabadda yol qəzası baş verib.
525.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının 127 km-də qeydə alınıb.
"Mercedes" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri, 1999-cu il təvəllüdlü Dilşad Bədəlov xəsarət alıb. Xəsarət aıan şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəzanın əlverişsiz hava şəraitinə görə baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır (APA).