"Xalqımız liderinə inam və etibarını bir daha bəyan etdi. Bu müdrik seçim bölgədə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə Azərbaycan üçün çox uğurlu olacaq".
525.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, Milli Məclis adından Prezident İlham Əliyevə təbrik məktubu göndərilib.