|
|
|
|

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarədən HƏMAS ilə razılaşmadan kənar marşrutla Qəzza zolağının şimalına doğru hərəkət edən avtomobilə atəş açılıb.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
"İsrail Ordusu bir daha qəzzalıları təlimatlara əməl etməyə və qoşunlara yaxınlaşmamağa çağırır", - məlumatda bildirilir.
Qeyd olunur ki, İsrail Ordusu girovların qaytarılması ilə bağlı sazişin şərtlərinə tam əməl etməyə çalışır, lakin hər hansı təhlükənin qarşısını almaq üçün bütün lazımi tədbirləri görəcək.



