|
|
|
|

İsrailin Müdafiə Ordusu Cenin şəhərində fələstinli radikallar tərəfindən hərbi məqsədlər üçün istifadə edilən 23 bina və tikilini partladıb.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Təhlükəsizlik qüvvələri terror obyektlərinin yerləşdiyi 23 binanı dağıdıb”, - məlumatda bildirilir.
Ordudan qeyd olunub ki, binaların dağıdılması İordan çayının qərb sahilinin şimalında yanvardan davam edən antiterror əməliyyatı çərçivəsində həyata keçirilib.



