|
|
|
|

Yunanıstan höküməti Santorini adasına xeyli xilasedici qrup və çadır göndərib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, adada son bir neçə gündə yüzlərlə irili-xırdalı yeraltı təkan qeydə alınıb.
Məhz bununla daha güclü zəlzələnin olacağından ehtiyatlanan əlaqədar qurumlar adaya xilasedicilər və insanların gecələmələri üçün çadırlar göndərib.
Yerli hakimiyyət orqanları insanları diqqətli olmağa, köhnə tikililərdən və sahildən uzaq dayanmağa çağırıb.
Bundan başqa bu gün adada bütün məktəblərin fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, son 2 gündə ərazidə 200-dən çox yeraltı təkan baş verib ki, onların da əksəriyyəti 4-4,5 bal gücündə hiss olunub.
L.Tağıyeva



