|
|
|
|

Suriyanın Hələb əyalətinin şimalındakı Mənbic şəhəri yaxınlığında bomba yüklü avtomobilin partladılması nəticəsində azı 15 nəfər ölüb.
525.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, daha 15 nəfər xəsarət alıb. Zərərçəkənlərdən bir neçəsinin vəziyyəti ağırdır.
İbrahim Cəfərov



