|
|
|
|

Bu gün səhər 2 naməlum şəxs Brüssel metrosunda avtomat silahdan atəş açıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Anderlext ərazisində yerləşən "Klemanso" stansiyasında baş verib.
Üzlərini bağlayan şəxslər atəş açdıqdan sonra tunelə daxil olaraq gizlənə biliblər. Polis bir neçə yaxın stansiyanın giriş-çıxışını dərhal bağlasa da, insident törədənləri hələki tuta bilməyib.
İlkin ehtimala görə naməlum şəxslər konkret bir nəfəri hədəfə alıblar. Baş verənlər isə böyük ehtimalla qanunsuz narkotik ticarəti ilə əlaqəlidir.
Qeyd edək ki, hadisə baş verdikdən sonra əraziyə ölkənin yeni təyin olunmuş daxili işlər naziri Bernar Kenten gələrək əməliyyatın gedişi ilə yerində tanış olub.


L.Tağıyeva



