|
|
|
|

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinə səfər edən Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb.
525.az “Report” a istinadən xəbər verir ki, Ərdoğan qonağı Prezident Sarayında rəsmi mərasimlə qarşılayıb.
Mətbuata qapalı keçirilən ikitərəfli görüş və nümayəndə heyətləri arasında işçi nahardan sonra prezidentlər birgə mətbuat konfransı keçirəcəklər.



