|
|
|
|

ABŞ dövlət katibi Marko Rubio 2025-ci il noyabrın sonunda Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək G20 sammitində iştirak etməyəcək.
525.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki hesabında yazıb.
“Mən Yohannesburqda keçiriləcək G20 sammitində iştirak etməyəcəyəm. Cənubi Afrika çox pis işlər görür. Şəxsi mülkiyyəti müsadirə edir. “Həmrəylik, bərabərlik və davamlılığı” təşviq etmək üçün G20-dən istifadə edir. Başqa sözlə: DEI (müxtəliflik, bərabərlik və inklüzivlik) və iqlim dəyişikliyi. Mənim işim vergi ödəyicilərinin pullarını israf etmək və ya antiamerikanizmə göz yummaq deyil, Amerikanın milli maraqlarını inkişaf etdirməkdir", - Rubio deyib.
Amerikalı milyarder İlon Mask artıq öz şərhlərində dövlət katibini dəstəkləyib.
2025-ci ilin yanvarında Cənubi Afrika prezidenti hökumətin ictimai maraqlarına uyğun olduğu halda, təzminatsız əmlakı müsadirə etməyə icazə verən qanun imzalayıb. Bunun ardınca ABŞ lideri Donald Tramp Cənubi Afrika hökumətini ölkədəki müəyyən təbəqələrlə çox pis rəftar etməkdə ittiham edib və bu ölkəyə maliyyə dəstəyini dayandırmaq niyyətində olduğunu bildirib. Cənubi Afrika hakimiyyəti isə Trampın ittihamlarını rədd edərək, Cənubi Afrikanın konstitusiya demokratiyası və hüquqi dövlət olduğunu vurğulayıb.
Pərvanə Sultanova



