|
|
|
|

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "Mirage 2000" hərbi təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün Madhiya-Pradeş ştatında baş verib.
Qəza təyyarədə baş verən texniki nasazlıq üzündən yaşanıb.
Qeyd edək ki, pilot vaxtında katapult etdiyi üçün sağ qalıb.
L.Tağıyeva



