|
|
|
|

Fransa Ukraynaya bir neçə "Mirage 2000" qırıcısı göndərib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk təyyarələrin göndərilməsi barədə Fransa müdafiə naziri Sebastyen Lekarnyu bildirib.
Növbəti yardımın nə vaxt Ukraynaya təhvil veriləcəyi barədə məlumat yoxdur.
Qeyd edək ki, qırıcıları Fransada təlim keçmiş ukraynalı pilotlar idarə edəcək.
L.Tağıyeva



