|
|
|
|
Alyaskada göyərtəsində 9 mülki şəxs və pilotun olduğu kiçik mühərrikli təyyarə yoxa çıxıb.
525.az ABŞ mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Dünən Unalaklitadan Nima uçan "Bering Air" aviaşirkətinə məxsus "Cessna Caravan" təyyarəsi nəzərdə tutulan vaxt təyinat yerinə çatmayıb. Təyyarə ilə əlaqə saxlamaq da mümkün olmayıb. Bundan sonra təyyarənin sonuncu dəfə əlaqəyə çıxdığı yerdən axtarışa başlanılıb.
Xilasedicilər müəyyən ərazidə axtarış aparsalar da, hələlik təyyarə tapılmayıb. Qeyd edək ki, axtarışa Milli Qvardiya və Sahil Mühafizə Xidmətinin əsgərləri də qoşulub.
Pis hava şəraiti ərazinin havadan müşahidə olunmasına imkan vermir. Bu da təyyarənin tapılmasını ləngidir.
L.Tağıyeva