Somalinin paytaxtı Moqadişoda sakinlər ABŞ prezidenti Donald Trampın Qəzza zolağından fələstinlilərin köçürülməsi təşəbbüsünə etiraz etmək üçün küçələrə axışıblar.
525.az xəbər verir ki, bu barədə “Afrikanews” portalı məlumat yayıb.
Aksiya iştirakçıları Fələstin bayraqları və “Qəzza satılmır”, “Somalililər Fələstinin tərəfindədir” yazıları olan plakatlar qaldırıblar. Etirazçılar deyiblər prezident Trampın Qəzza xalqını “tələyə” salıb onları evlərindən köçürmək qərarı ədalətin əsaslarını sarsıdır. O, müstəqillik uğrunda mübarizə aparanların hüquqlarını tapdalayır. Azadlıq mübarizəsini dəstəkləmək əvəzinə, onlara qarşı çıxır və torpaqlarını tərk etməyə çağırır.
Tramp fevralın əvvəlində İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı bölgənin yenidən qurulması dövründə Qəzzə sakinlərinin köçürülməsi ilə bağlı bəyanat verib. Tramp tikinti dövründə fələstinliləri qəbul etməyə hazır olan ölkələr arasında Misir və İordaniyanın adını çəkib. Əlavə edib ki, Qəzza əhalisini yerləşdirmək üçün ümumilikdə “beş-altı zona” yaradıla bilər.
Pərvanə Sultanova