Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycanın Ukraynaya göstərdiyi dəstəyi və bu ölkəyə növbəti humanitar yük partiyasının göndərilməsini alqışlayıb.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkələrdəki paylaşımında bildirilib.
"Azərbaycanın humanitar dəstək çərçivəsində Ukraynaya yardımın yeni partiyasını göndərməsini alqışlayırıq", - paylaşımda qeyd olunub.
Səfirlik vurğulayıb ki, Britaniya Ukraynanı dəstəkləməyə davam edəcək.