San-Pauluda şəhər prospektlərinin birinə qəza enişi edən 8 yerli "King Air F90" təyyarəsi sərnişin avtobusuna çırpılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli vaxtla 07:20-də (Bakı vaxtı ilə 14:20) hər iki nəqliyyat vasitəsi ciddi xəsarət alıb.
Avtobusun qabaq hissəsi tamam dağılıb. Təyyarədə isa yanğın başlayıb.
Qeyd edək ki, qəza nəticəsində təyyarədə olan 2 nəfər həlak olub. Avtobusun qadın sərnişini, həmçinin, yaxınlıqdan keçən motosikletçi ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
L.Tağıyeva