|
|
|
|

ABŞ-nin səlahiyyətliləri sərnişin təyyarəsi ilə hərbi helikopterin havada toqquşması nəticəsində ölən 67 nəfərdən 55-nin qalıqlarının tapıldığını və şəxsiyyətlərinin müəyyən edildiyini açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Vaşinqton Yanğınsöndürmə və Fövqəladə Xidmətlər Direktoru Con Donnelli bildirib ki, Potomak çayında qəzada ölənlərin cəsədlərinin axtarışı davam edir.
Qəzada həyatını itirən 67 nəfərdən 55-nin qalıqlarının tapıldığını və şəxsiyyətlərinin müəyyən edildiyini açıqlayan Donnelli həyatını itirən hər bir vətəndaşın cəsədi tapılana qədər işlərinə davam edəcəklərini vurğulayıb.
Malik Atilay



