|
|
|
|

ABŞ dövlət katibi Marko Rubio Meksikanın xarici işlər naziri Xuan Ramon de la Fuente ilə telefon danışığında ABŞ-Meksika sərhədinin təhlükəsizliyini müzakirə edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamaya görə, Rubio meksikalı həmkarı de la Fuente ilə telefonla danışıb.
İki ölkə arasında sərhəd təhlükəsizliyinin müzakirə edildiyi görüşdə Rubio və de la Fuente ABŞ-a fentanilin axınının qarşısının alınması, qeyri-qanuni miqrantların keçidi və transmilli cinayət fəaliyyətinin qarşısının alınması yollarını müzakirə ediblər.
Qeyd edək ki, Rubio Meksikaya ABŞ sərhədinə 10 min əsgər göndərdiyinə görə təşəkkür edib.
Malik Atilay



