|
|
|
|

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona gəlib.
525.az “TRT Haber”ə istinadən xəbər verir ki, İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon Merilend ştatındakı Endryus Hərbi Hava Qüvvələri bazasında Netanyahunu digər rəsmilərlə qarşıladığını əks etdirən görüntüləri paylaşıb.
Netanyahunun sabah ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffla, çərşənbə axşamı isə Ağ Evdə Trampla görüşəcəyi gözlənilir.
Ləman İlkin



