|
|
|
|

Avropa İttifaqı (Aİ) bu gün müdafiə ilə bağlı ilk sammitində Avropanın bu sahədə daha çox məsuliyyət daşımasını təmin etmək üçün nə edilə biləcəyini müzakirə edəcək. Bu, Aİ tarixində ilk müdafiə görüşü olacaq.
525.az “TRT Haberə” istinadən xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin liderləri bu gün Brüsseldəki Eqmont sarayında Aİ Şurasının sədri Antonio Kostanın rəhbərliyi altında Avropanın müdafiəsinin gələcəyini gün ərzində müzakirə edəcəklər. Bu, Aİ tarixində ilk müdafiə görüşü olacaq.
Qeyri-rəsmi görüşdə heç bir qərar verilməyəcək, lakin iyun ayında keçirilməsi planlaşdırılan və müdafiəyə xüsusi önəm verilməsi planlaşdırılan sammitdə qəbul ediləcək qərarlar üçün zəmin yaradılacaq.
Ləman İlkin



