|
|
|
|

Dünən Ekvadorda prezident seçkiləri keçirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 16 namizədin iştirak etdiyi seçkilərdə 2 nəfər növbəti tura vəsiqə qazanıb.
Bunlar hazırki prezident Daniel Noboa və İnqilabi Vətəndaş Hərəkatının namizədi Luisa Qonsalesdi. Müvafiq olaraq 44,33 və 43,85 faiz səs toplayan bu iki namizəd 50 faizlik baryeri keçə bilmədikləri üçün növbəti turda mübarizə aparacaq.
Qeyd edək ki, Ekvadorda prezident seçkilərinin 2-ci turu aprelin 13-ə təyin olunub.
L.Tağıyeva



