|
|
|
|

Utrextdə yerləşən alüminium zavodunda oksigen sızması nəticəsində müəssisənin 119 əməkdaşı təcili təxliyə olunub.
525.az xarici KİV-ə istinadən xəbər verir, sızma bilinəndən dərhal sonra əraziyə yanğınsöndürənlər, həmçinin, polis və təcili tibbi yardım briqadaları gəlib.
Yanğınsöndürənlər zavodda havalandırmanı artırmaqla mümkün partlayışın qarşısını alıblar.
Qeyd edək ki, Utrextdə hava küləkli olduğundan yaxınlıqda yaşayan insanların təxliyəsinə ehtiyac olmayıb.
Yeri gəlmişkən, oksigenin insan orqanizminə ziyanı olmadığı məlumdur. Həmçinin, oksigenin yanmadığı, yanmaya kömək etdiyi də bəllidir.
L.Tağıyeva



