|
|
|
|

Kolumbiyada regional turnir çərçivəsində qadınlar arasında keçirilən futbol matçı zamanı faciə yaşanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ildırım vurması nəticəsində oyun vaxtı 5 nəfər həyatını itirib. Onlardan 4-dü meydandakı qadın futbolçular olub. Bədbəxt hadisə oyunçuların fırtınadan ağacın altına sığındıqları zaman baş verib.
Daha bir nəfər - adı açıqlanmayan kişi isə xəstəxanda vəfat edib.
Bundan başqa, daha iki yaralı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
İbrahim Cəfərov



