|
|
|
|

İsrailin müdafiə naziri İsrael Kats HƏMAS-ı Qəzza razılaşmasını pozmaqda ittiham edib.
525.az “Ynet”ə istinadən xəbər verir ki, o, HƏMAS-ın girovların azad edilməsi prosesini dayandırmaq barədə açıqlamasını razılaşmanın pozulması kimi qiymətləndirib.
“HƏMAS-ın bəyanatı atəşkəs razılaşmasının və girovların azad edilməsinə dair razılaşmanın tamamilə pozulmasıdır. Mən orduya Qəzzada mümkün olan istənilən ssenariyə ən yüksək səviyyədə hazırlaşmağı və İsrail sərhədindəki yaşayış məntəqələrini qorumağı tapşırmışam”, - deyə İsrailin müdafiə naziri vurğulayıb.
İbrahim Cəfərov



