Kiyev meri Vitali Kliçko bildirib ki, Ukrayna böhranı bir-iki aya, özü də ölkəsi üçün ağrılı nəticələrlə başa çata bilər.
525.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
Gözlənilməz fikirləri Kliçko Ukraynanın bərpasına həsr olunmuş forumda çıxış zamanı səsləndirib.
O bildirib ki, münaqişə bitdikdən sonra ölkənin Ukrayna Silahlı Qüvvələrini saxlamaq üçün kifayət qədər vəsaiti olmayacaq.
Kiyev meri həmçinin xəbərdarlıq edib ki, seçkilər fonunda məhvedici mübarizə başlayacaq.
“Biz hərbi əməliyyatların sonunu modelləşdirə bilərik. Ümid edirik ki, bu, bir-iki aya baş verəcək, amma hansı şərtlər altında olacağı bəlli deyil. Əminəm ki, bunu müsbət kompromis adlandırmaq çətin olacaq, bu, hər bir ukraynalı üçün çox ağrılı ola bilər”, - deyə Kliçko bildirib.
İbrahim Cəfərov