Ukrayna lideri Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın administrasiyası ilə görüşə hazır olduğunu açıqlayıb.
525.az xəbər verir ki, bu barədə o, teleqram kanalında bildirib.
“Biz artıq ABŞ nümayəndələri ilə görüşlərə hazırıq və yaxın vaxtlarda bir çox səviyyələrdə danışıqlara başlanılacaq”, - deyə V.Zelenski vurğulayıb.
Ukrayna prezidenti əlavə edib ki, o, Milli Təhlükəsizlik və Müdafiə Şurasının 12-ci iclasını təyin edib və orada digər məsələlərlə yanaşı, Ukraynanın sanksiyalarla qorunması müzakirə ediləcək.
İbrahim Cəfərov