İsrail ordusu ölkənin Qəzza zolağına bitişik ərazilərinə nəzarət edən Cənub Komandanlığının döyüş hazırlığının artırılmasını və müxtəlif ssenarilər halında oraya əlavə qüvvələrin köçürüləcəyini açıqlayıb.
525.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilir.
“Qoşunlara əlavə qüvvələrin göndərilməsi və ehtiyatda olan şəxslərin səfərbərliyi müxtəlif ssenarilərə hazırlıq çərçivəsində həyata keçirilir”, - məlumatda deyilir.
Xatırladaq ki, bir gün əvvəl HƏMAS nümayəndələri İsrail tərəfini Qəzza zolağında müvəqqəti atəşkəs haqqında razılaşmanın şərtlərini pozmaqda ittiham edərək, məhbusların azad edilməsi prosesinin dayandırdığını bəyan ediblər.