Somalinin yarımuxtar Puntlend bölgəsində havadan və qurudan təşkil edilən hücumlar nəticəsində 60-dan çox “İslam Dövləti” yaraqlısı öldürülüb.
525.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkənin terrorla mübarizə üzrə əməliyyat nümayəndəsi Mohamud Fadiqo bildirib.
“Terrorçulara qarşı əməliyyat davam edir və Harario bölgəsindəki son döyüşlər zamanı 60-65 terrorçu öldürülüb”, - o deyib.
Fadiqo əməliyyat zamanı öldürülən təhlükəsizlik qüvvələrinin dəqiq sayını açıqlamayıb.
Bundan əvvəl Puntlenddə 13 İŞİD yaraqlısı mıhv edilib.
Pərvanə Sultanova