Yunanıstan parlamenti bu gün ölkənin yeni prezidentini seçib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, "Yeni demokratiya" partiyasının sədri Konistantinos Tasulasdır.
300 üzvü olan parlamentin 160 deputatı Tasulasın lehinə səs verib. Yeri gəlmişkən, parlamentdə mütləq çoxluq 156 yerlə "Yeni demokratiya"ya məxsusdur.
Qeyd edək ki, Yunanıstanın hazırki prezidenti Katerina Sakellaropulunun səlahiyyətləri martın 13-də başa çatacaq. Həmin gündən 5 il müddətinə ölkəni
Konistantinos Tasulas idarə edəcək.
L.Tağıyeva