İsrail və HƏMAS arasında 15 aylıq müharibənin fəsadlarını aradan qaldırmaq üçün azı 53 milyard dollar lazımdır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin hazırladığı hesabatda bildirilir.
Amma bərpa prosesinə başlamaq üçün tərəflər arasında üzün müddətli sülhün imzalanması vacibdir.
Qeyd edək ki, hesabatda həmçinin, 2023-cü ilin oktyabrında başlamış konflikt nəticəsində Qəzzada yaşayış evlərinin, tibb və təhsil müəssisələrinin, digər vacib strukturların yarıdan çoxunun tam dağıdıldığı bildirilir.
L.Tağıyeva