|
|
|
|
Fransanın Qrenobl şəhərində restoranların birində partlayış baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Olimpiya kəndi ərazisində baş verib.
Naməlum şəxsin restoranın barına atdığı qumbaranın partlaması nəticəsində 12 nəfər xəsarət alıb. Onlardan 2-nin vəziyyəti ağırdır.
Qeyd edək ki, polis hadisəni törədənin kimliyini araşdırır.
L.Tağıyeva