Norveçli atlet Yakob İnqebriqtsen 1 gündə 2 dünya rekordu vurub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu Fransanın Lyeven şəhərində keçirilən Qızıl turnirdə edə bilib.
Norveçli 1 mil məsafəni 3 dəqiqə 45,14 saniyəyə qaçaraq birinci rekorda imza atıb. Yakob bununla ABŞ-li Yared Nuqusun nəticəsini 1,5 saniyə yaxşılaşdırıb.
Günün ikinci uğuru 1500 metr məsafəyə qaçışda reallaşıb. Bu dəfə Norveçli atlet 3 dəqiqə 29,63 saniyə ilə özünün 2022-ci ildə müəyyənləşdirdiyi rekordu yeniləyib.
Qeyd edək ki, Yakob İnqebriqtsen ikiqat olimpiya çempionudur.
L.Tağıyeva